• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kollegiya Şəhla Hümbətovadan prokurorluğa şikayət edib

  • 17 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova yeni açıqlama yayıb.

Hüquqçunun vəkillik fəaliyyəti bu il noyabrın 27-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə dayandırılıb, onun vəkilliyinə xitam verilməsi üçün inzibati-iqtisadi məhkəməyə müraciət olunacağı bildirilib. Cəza bir vətəndaşın şikayəti əsasında Şəhla Hümbətovanın vəkillik fəaliyyətində nöqsanların üzə çıxması, həmçinin onun kollegiyaya üzvlük haqqı ödənməsini gecikdirməsi ilə əsaslandırılıb.

Şəhla Hümbətova siyasi məhbusların əsas vəkillərindən biri kimi tanınır.

Novator.az-ın məlumatına görə, hüquqşünas özünün “Facebook” səhifəsində yazır ki, barəsində cinayət işi açmaq istəyirlər: “Vəkillər Kollegiyasının Rəyasət Heyəti məndən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edib və haqqımda araşdırma aparılmasını istəyib. Dekabrın 17-də həmin idarədə kollegiyanın təqdimatı əsasında izahat verməliyəm. Təqdimat mənim kollegiyadan çıxarılmağıma səbəb olmuş əsaslardan biri – guya məhkəməyə saxta qəbz verməyimlə bağlıdır. Belə iddianın heç bir hüquqi əsası yoxdur. Hər hansı cinayətdən və ya vəkillikdən uzaqlaşdırma ilə nəticələnə biləcək fəaliyyət və hərəkətdən söhbət gedə bilməz.

Vəkillik fəaliyyətimin dayandırılması nə üzvlük haqqını vaxtında ödəməməyim, nə də vətəndaşın əsassız şikayəti ilə bağlıdır. Bu, siyasi motivlə təqib edilən şəxslərin vəkillərinə qarşı aparılan repressiya siyasətinin tərkib hissəsidir. Məqsəd məni Gəncə işindən uzaqlaşdırmaq və vəkillik fəaliyyətimə görə cəzalandırmaqdır”.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. Yunis Səfərov elə həmin gün tutulub.

İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, dini radikallar olan həmin şəxslər polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman iki polis zabiti həlak olub.

Gəncə hadisələrinə görə ümumilikdə 60 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup onların 48-ni siyasi məhbus sayır.

Müasir Azərbaycanda türkçülüyün problemlərinə dair...

  • 17 Dekabr 2019
  • comments

Xarici ticarətin 11 ayı

  • 17 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda