• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yurçeviç istefaya göndərildi

  • 13 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandanın xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçi istefaya göndərib. Novator.az-ın məlumatına görə, qərar İcraiyyə Komitəsinin 13 dekabr iclasında qəbul olunub.

Nikola Yurçeviç milli komandaya bu il fevralın 11-dən baş məşqçilik edib. Onun rəhbərliyi altında yığma yalnız bir oyunda qələbə qazanıb (Bəhreynlə yoldaşlıq oyununda 3:2).

Milli komanda 2020-ci ilin Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış edib. E qrupunda yarışan yığma 8 oyunda 1 xal toplayaraq 5 komandalıq qrupda sonuncu olub. Bu, milli komandanın tarixində ən pis göstəricinin təkrarıdır. Yığma beynəlxalq turnirlərə 1996-cı ilin Avropa çempionatının seçmə mərhələsindən qatılmış, həmin turnirdə 1 xal yığaraq 6 komandalıq qrupda 6-cı yeri tutmuşdu.

Azərbaycan milli komandasına 1992-1993-cü illərdə Ələkbər Məmmədov, 1994-1995-ci illərdə Ağasəlim Mircavadov, 1995-1996-cı illərdə Kazbek Tuayev, 1997-1999-cu illərdə Vaqif Sadıqov baş məşqçilik edib.

1999-2000-ci illərdə milli komandanın sükanı arxasında Əhməd Ələsgərov, 2000-2001-ci illərdə İqor Ponomaryov, 2002-2004-cü illərdə Əsgər Abdullayev, 2004-2005-ci illərdə Karlos Alberto Torres, 2005-2007-ci illərdə Şahin Diniyev, 2008-2014-cü illərdə Berti Foqts, 2014-2017-ci illərdə Robert Prosineçki, 2017-2018-ci illərdə Qurban Qurbanov dayanıb.

Nikola Yurçeviç 1966-cı ildə Xorvatiyanın paytaxtı Zaqrebdə doğulub. Yerli “Dinamo” və “Zaqreb”, Belçikanın “Antverpen”, Avstriyanın “Zalsburq”, Almaniyanın “Frayburq” klublarında və Xorvatiya milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edib.

“Zaqreb”, “Dinamo”, “Zalsburq”, “Slaven” (Xorvatiya) klublarında baş məşqçi, “Lokomotiv” (Moskva, Rusiya), “Beşiktaş” (Türkiyə), “Vest Hem” (İngiltərə) klublarında və Xorvatiya yığmasında baş məşqçinin köməkçisi olub.

Xərclənən pulun 45,9 faizi ərzağa gedir

  • 13 Dekabr 2019
  • comments

Gələcək Partiyası elan olundu

  • 13 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

CXP neçə bələdiyyə itirib?

GLOBALS:0
comments
Xəbər

Gürcüstan: idxal ixracı 6,5 milyon dollar üstələyir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Hillaridən Tramp etirafı – “The Hill”

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

Son materiallar

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

CXP neçə bələdiyyə itirib?

GLOBALS:0
comments
Xəbər

Gürcüstan: idxal ixracı 6,5 milyon dollar üstələyir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda