• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Britaniya seçkisini hakim partiya udur

  • 13 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Böyük Britaniya parlamentinin aşağı qanadı olan İcmalar Palatasına dekabrın 12-də keçirilmiş növbədənkənar seçkinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, hakim Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında 363 mandata sahib olur, ana müxalifət – Leyboristlər Partiyası 202 mandat götürür.

Şotland Milli Partiyasının parlamentə 48, Liberal Demokrat Partiyasının 11 mandatla keçdiyi bildirilir.

2016-cı il iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasına dair referendum keçirilib. Referenduma qatılanların çoxu ölkənin Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqında qalmaq tərəfdarı olan baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib. 2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

2019-cu ilin iyun ayında Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib, baş nazir kürsüsündən ayrılıb. Bunun ardınca Boris Conson Mühafizəkarlar Partiyasının lideri seçilib və baş nazirliyə başlayıb.

1957-ci ildə yaradılmış Avropa İttifaqının Böyük Britaniyadan başqa 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Böyük Britaniya Avropa İttifaqından bu ilin martında ayrılmalı idi. Əvvəl müddət oktyabrın sonunadək uzadılıb, sonra məsələnin 2020-ci il yanvarın 31-nə qaldığı açıqlanıb.

Avropa İttifaqından çıxmaq müddətinin dəyişməsini əsas götürən Boris Conson növbədənkənar parlament seçkisi təşəbbüsü ilə çıxış edib.

19 ölkə, 48 komanda

  • 13 Dekabr 2019
  • comments

70-dən yuxarı…

  • 13 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda