Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lənkəranda bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilini fərdi yaşayış evləri ilə təmin edib. Rəsmi məlumat dekabrın 11-də yayılıb.
Hesabata görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri 2019-cu ildə 515 mənzil və fərdi ev alıb.
İndiyədək nazirliyin şəhid ailələrinə və müharibə əlillərinə 7169 mənzil və fərdi ev verdiyi vurğulanır.