Dekabrın 9-da sərəncam imzalayan prezident İlham Əliyev Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibini təsdiqləyib. Novator.az bildirir ki, Müşahidə Şurasının tərkibi belə rəsmiləşib:
baş nazir
Milli Məclis sədrinin müavini
prezidentin köməkçisi-Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
prezidentin köməkçisi-Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
maliyyə naziri
iqtisadiyyat naziri
Mərkəzi Bankın sədri.
29 dekabr 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunun icraçı direktoru postunu İsrafil Məmmədov tutur.