• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılı efir istəyir

  • 09 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Müsavat Partiyasının başqanı Arif Hacılı İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımova məktubla müraciət edib. Məktubda qeyd olunur ki, Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisinin təyin olunması nəzərə alınaraq ölkədə azad, ədalətli seçkinin keçirilməsi üçün ictimai diskussiyalar vacibdir: “İctimai televiziya və radio yayımı haqqında” qanuna əsasən, ictimai yayımın məqsədi ölkə əhalisinin ‒ bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, müstəqillik, plüralizm, dözümlülük prinsipləri əsasında fəaliyyət göstərməkdir.

Göstərilənləri və qanunvericilikdə nəzərdə tutulan tələbləri nəzərə alaraq İctimai Televiziyada Müsavat Partiyası üçün həftədə üç dəfə 30 dəqiqəlik efir vaxtının ayrılmasını xahiş edirəm”.

Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Prezidentin sorğusu əsasında müraciəti araşdıran Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılması təşəbbüsünü ana qanuna uyğun sayıb. Qərar dekabrın 4-də elan olunub. Dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.

Müsavat Partiyası Məclisinin 7 dekabr sessiyasında 9 fevral seçkisində iştirak qərarı verilib.

Namizədlərin irəli sürülməsi seçkinin təyin edilməsi haqqında prezident sərəncamı rəsmi dərc olunandan – dekabrın 6-dan başlayıb.

Seçkiqabağı təşviqat 2020-ci il yanvarın 17-də start götürəcək.

Rusiyaya ağır idman cəzaları

  • 09 Dekabr 2019
  • comments

Neft Fondunun Müşahidə Şurası yeniləndi

  • 09 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda