• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İştirak, yoxsa boykot?

  • 03 Dekabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dekabrın 3-ü Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında “Növbədənkənar seçki: iştirak, yoxsa boykot” mövzulu dəyirmi masa keçirilib.

Konstitusiyaya görə, Azərbaycanın qanunverici hakimiyyət orqanı olan Milli Məclisə seçki beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. 2020-ci ilin parlament seçkisi noyabrın 1-nə düşür. Ancaq hakimiyyət növbədənkənar parlament seçkisi təşəbbüsü qaldırıb və Milli Məclisə seçkinin 2020-ci ilin fevral ayında olacağı gözlənir.

“Basta” xəbər verir ki, 3 dekabr tədbirində Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Məclisinin üzvü İsa Qəmbər, AXCP sədrinin müavini Seymur Həzi, Haqq Ədalət Partiyasının təşkilat komitəsinin sədri Əli İnsanov, Xalq Partiyasının sədri Pənah Hüseyn, Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli bir çox ictimai xadim və siyasi ekspert çıxış ediblər.

Müzakirələrdə qeyd olunub ki, Azərbaycanda azad və ədalətli seçki mühiti yoxdur. Gözlənən növbədənkənar parlament seçkisində iştirakın, həm də boykotla bağlı mümkün qərarların müsbət və mənfi tərəfləri təhlil olunub, bu tələblər irəli sürülüb:

– fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşmaq, söz və ifadə azadlığı təmin edilsin;

– bərabərhüquqlu siyasi rəqabət şəraiti yaradılsın;

– bütün siyasi məhbuslar azad edilsin;

– zəruri seçki islahatları məqsədi ilə ümumxalq referendumu keçirilsin;

– proporsional seçki sistemi bərpa olunsun;

– parlament üzvlərinin sayı yarısı proporsional, yarısı majoritar üsulla seçilməklə 201 nəfərədək artırılsın;

– seçki komissiyalarının tərkibi Avropa Şurasının Venesiya Komissiyasının tövsiyəsi də nəzərə alınmaqla iddiaçı tərəflərin nümayəndələrindən ibarət, paritet əsaslarla formalaşdırılsın;

– ilkin olaraq 2005-ci ilin parlament seçkisinin qaydaları təkmilləşdirilməklə bərpa edilsin.

Milli Məclis buraxılır

Yeni Azərbaycan Partiyasının deputatları

Növbədənkənar seçki təklifi necə qarşılanır?

ADR Hərəkatından boykot anonsu

Pensiya yaşlı deputatlar

Milli Şuranın şərti var

Parlamentin buraxılması üçün prezidentə müraciət olundu

Müsavat seçki müzakirəsi təşkil edir

4 dekabr, saat 12

Bəs Naxçıvan parlamenti?

Ən çox gedilən şəhərlər

  • 03 Dekabr 2019
  • comments

Azərbaycan ATƏT-ə sülh modeli təklif edir

  • 04 Dekabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda