• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəs Naxçıvan parlamenti?

  • 03 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə görə, ölkənin qanunverici hakimiyyət orqanı olan Milli Məclisə seçki beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. 2020-ci ilin parlament seçkisi noyabrın 1-nə düşür. Ancaq indi növbədənkənar parlament seçkisi təşəbbüsü qaldırılıb və Milli Məclisə seçkinin 2020-ci ilin fevral ayında olacağı gözlənir.

Azərbaycanda əvvəlki parlament seçkiləri 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də olub. Həmin günlər Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyəti olan Ali Məclisə də seçkilər keçirilib.

Novator.az bildirir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilir. Ali Məclis 31 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən, Ali Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir, seçki beş ildən bir noyabr ayının birinci bazar gününə düşür.

Ali Məclis yerli büdcənin təsdiqi; yerli iqtisadi və sosial proqramların təsdiqi; Naxçıvan Muxtar Respublikası baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi; yerli Nazirlər Kabinetinin tərkibinin təsdiqi və kabinetə etimad; Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi; Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi; Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi kimi məsələləri həll edir.

Muxtar respublikanın ana qanununda Ali Məclisin buraxılması və növbədənkənar seçki haqqında hər hansı müddəa yoxdur. Ancaq deputat öz mandatından imtina edə bilər.

Naxçıvanda ali vəzifəli şəxs Vasif Talıbovdur. O, 1995, 2000, 2005, 2010, 2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

Milli Məclis buraxılır

Yeni Azərbaycan Partiyasının deputatları

Növbədənkənar seçki təklifi necə qarşılanır?

ADR Hərəkatından boykot anonsu

Pensiya yaşlı deputatlar

Milli Şuranın şərti var

Parlamentin buraxılması üçün prezidentə müraciət olundu

Müsavat seçki müzakirəsi təşkil edir

4 dekabr, saat 12

Azərbaycan nədə liderdir?

  • 03 Dekabr 2019
  • comments

Manatı qorumağa 5,7 milyard dollar gedib

  • 03 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda