Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin 3 dekabr hesabatına görə, fonda 105,2 milyon manat toplanıb.
11 ayda 8,8 milyon manatlıq artım qeydə alınıb. 2019-cu ilin əvvəlinə fonda 96,4 milyon manat daxil olmuşdu.
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
Fondun dollar, avro və rubl hesabları da var.