Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası parlamentin buraxılması üçün Milli Məclisə müraciət edib. Məsələyə Milli Məclisin 2 dekabr iclasında baxılacaq.
Azərbaycanda növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də olmalıdır. Konstitusiyaya görə, prezident Milli Məclisi buraxa bilər. Bu halda 60 gün ərzində növbədənkənar parlament seçkisi keçirilməlidir.
Novator.az bildirir ki, hazırda Milli Məclisin 117 deputatı var. Onların 44-ü pensiya yaşlı – 65 və daha yuxarı yaşlı şəxslərdir:
Zeynəb Xanlarova (partiyasız) – 1936-cı ildə doğulub
Ağacan Abıyev (YAP) – 1937
Fəttah Heydərov (partiyasız) – 1938
Yaqub Mahmudov (YAP) – 1939
Ziyad Səmədzadə (partiyasız) – 1940
Elxan Süleymanov (partiyasız) – 1940
Arif Rəhimzadə (YAP) – 1941
Xanhüseyn Kazımlı (ASRP) – 1942
Eldar İbrahimov (YAP) – 1945
Hüseynbala Mirələmov (YAP) – 1945
Rafiq Məmmədhəsənov (YAP) – 1945
Mixail Zabelin (YAP) – 1946
Əliağa Hüseynov (partiyasız) – 1946
Valeh Ələsgərov (partiyasız) – 1946
Madər Musayev (partiyasız) – 1947
Fəzail Ağamalı (AVP) – 1947
Əhliman Əmiraslanov (YAP) – 1947
Vahid Əhmədov (partiyasız) – 1947
Hadı Rəcəbli (YAP) – 1947
Flora Qasımova (partiyasız) – 1947
Yevda Abramov (YAP) – 1948
Tahir Süleymanov (YAP) – 1948
İsa Həbibbəyli (YAP) – 1949
Mahir Aslanov (partiyasız) – 1949
Şəmsəddin Hacıyev (YAP) – 1950
Mirkazım Kazımov (YAP) – 1950
Tahir Rzayev (YAP) – 1950
Aqiyə Naxçıvanlı (YAP) – 1950
Elman Məmmədov (YAP) – 1950
Rasim Musabəyov (partiyasız) – 1951
Eldar Quliyev (partiyasız) – 1951
Araz Əlizadə (ASDP) – 1951
Fəzail İbrahimli (VHP) – 1951
Bəxtiyar Sadıqov (YAP) – 1951
Asim Mollazadə (ADİSP) – 1953
Elmira Axundova (partiyasız) – 1953
Cavanşir Paşazadə (YAP) – 1953
Aqil Abbas (partiyasız) – 1953
Əli Məsimli (partiyasız) – 1953
Sədaqət Vəliyeva (YAP) – 1954
Mirzəcan Xəlilov (YAP) – 1954
Rafael Hüseynov (VHP) – 1954
Sabir Hacıyev (VBP) – 1954
Gövhər Baxşəliyeva (partiyasız) – 1954.