Noyabrın 29-da Milli Məclis 2020-ci ilin dövlət büdcəsi layihəsini son oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihədə gəlirlər 24 milyard 134,5 milyon manat, xərclər 26 milyard 894,7 milyon manat göstərilir.
Büdcə zərfinə digər sənədlər də daxildir.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 825,5 milyon manat, işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 128,2 milyon manatdır.
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülür.