• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dörd cəbhəçi azadlıq ərəfəsində

  • 28 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İnzibati həbs cəzası çəkən 6 AXCP üzvündən 4-ü bu həftə azadlığa çıxır.

Novator.az bildirir ki, cəbhəçilərdən biri Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan qabaq tutulub.

Rəhbərliyində AXCP sədri Əli Kərimlinin də yer aldığı Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Təklifdən imtina edən Milli Şura “28 May” metro stansiyasının həndəvərində sanksiyasız aksiya keçirib.

Bu aksiyaya görə ən ağır cəzaya AXCP üzvü İlham Hüseyn məruz qalıb. Mitinq ərəfəsində tutulan İlham Hüseynə 60 sutka cəza verilib.

Milli Şura noyabrın 2-də də “28 May” metro stansiyasının həndəvərində sanksiyasız aksiya keçirmək niyyətində idi. Sonradan ləğv olunan aksiya ərəfəsində tutulan 4 AXCP üzvü 30 sutkalıq həbsə göndərilib. Emin Manıyev oktyabrın 29-da, Aydın İsayev və Cavid İbrahimov oktyabrın 30-da, Fuad Qəhrəmanlı oktyabrın 31-də tutulub. Onların cəza müddəti bu həftə başa çatır.

AXCP fəalı Müsahib Abbasov isə noyabrın 19-da 30 sutka inzibati həbs cəzası alıb. O, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Əli Kərimlidən Avropa çağırışı

  • 28 Noyabr 2019
  • comments

Ehtiyat çoxalır, ya məhsul azalır?

  • 28 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın qiyməti

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Çin dollarla necə çarpışır? – “Euronews”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ-ın ən yüksək rüsum tətbiq etdiyi ölkələr

GLOBALS:0
comments
Xəbər

“AzəriLayt”ın qiyməti

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda