Mərkəzi Bank noyabrın 21-də avronun məzənnəsini 1,8828 manata qaldırıb.
Novator.az-ın məlumatına görə, Türkiyə lirəsi də bahalaşıb: 0,2982 manat.
ABŞ dollarının rəsmi kursu 1,7, Rusiya rublu 0,0266 manat səviyyəsində qalıb, bahalaşan Gürcüstan larisi isə banklara 0,5708 manata təklif olunur (Valyutalar).
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb. Dolların indiki rəsmi qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın 2019-cu ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 167,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.