• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Razim Əmiraslanlı həbsdə qaldı

  • 20 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Noyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi Müsavat başqanının müavini, partiya Divanının üzvü Razim Əmiraslanlıya kəsilmiş cəzadan şikayətə baxıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, 15 sutka inzibati həbs cəzası qüvvədə qalıb.

Noyabrın 11-də tutulan Razim Əmiraslanlı Binəqədi Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib. Razim Əmiraslanlı və müdafiəçiləri ittihamı rədd edir, siyasi sifariş sayır. Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan Razim Əmiraslanlının vəkili Nemət Kərimli Bakı Apellyasiya Məhkəməsinə şikayətdə siyasətçiyə bəraət verilməsini, onun azadlığa buraxılmasını istəmişdi.

Müsavat Partiyası noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmişdi: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.

Paytaxt rəhbərliyi mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız aksiya keçirməyə qərar verib.

Aksiyadan əvvəlki günlərdə və noyabrın 12-də 50-dən çox müsavatçı, o cümlədən partiyanın başqanı Arif Hacılı tutularaq bir müddət polis məntəqələrində saxlanıblar.

Noyabrın 12-də bir qrup müsavatçı Bakı metrosunun “İçərişəhər” stansiyasından paytaxtın icra hakimiyyətinin binasına doğru irəliləməyə cəhd göstərib. Polis buna imkan verməyib.

İş və işsizlik statistikası

  • 20 Noyabr 2019
  • comments

Novruz Məmmədov ADU-da: “Bura qayıtmaq mənə rahatl...

  • 20 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0
comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

CXP neçə bələdiyyə itirib?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0
comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda