• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Novruz Məmmədov ADU-da: “Bura qayıtmaq mənə rahatlıq gətirir”

  • 20 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Xəbər verdiyimiz kimi, sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

ADU-nun mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, noyabrın 20-də Novruz Məmmədov universitetin kollektivinə təqdim olunub.

ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib: “Tədris işləri üzrə prorektor, professor Əfqan Abdullayev öz fəaliyyətini Təhsil Nazirliyində davam etdirəcək. ADU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə elmi işlər üzrə prorektor, professor Sevinc Zeynalova təyin olunub. Elmi işlər üzrə prorektor vəzifəsinə isə Novruz Məmmədov təyin edilib”.

Rektor vurğulayıb ki, Novruz Məmmədov uzun illər ADU-da dekan, kafedra müdiri kimi çalışıb: “İnanıram ki, Novruz Məmmədov öz fəaliyyətini bizim universitetdə ləyaqətlə davam etdirəcək. Bundan sonra Novruz müəllim öz doğma universitetində çalışacaq”.

Novruz Məmmədov ona göstərilən etimada görə təşəkkür edib: “Yenidən Azərbaycan Dillər Universitetinə qayıtmaqdan məmnunam. Bura qayıtmaq mənə daxili rahatlıq gətirir. ADU-nun yüksək nüfuzu var. Onun nüfuzunu daha da qaldırmaq üçün çalışacam”.

Novator.az bildirir ki, Novruz Məmmədov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirib. Fransız dili üzrə mütəxəssisdir.

Əlcəzairdə və Qvineyada tərcüməçi və baş tərcüməçi işləyib.

1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq fakültəsinin, 1993-1997-ci illərdə fransız dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

Filologiya elmləri namizədidir.

1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, 2017-ci ildən həm də prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, 2018-ci il aprelin 21-dən 2019-cu il oktyabrın 8-dək baş nazir olub.

Azərbaycan Dillər Universiteti vaxtilə Azərbaycan Pedaqoji Dillər İnstitutu, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Dillər İnstitutu adlanmış ali təhsi ocağının bazasında, 2000-ci ildə yaradılıb.  

Razim Əmiraslanlı həbsdə qaldı

  • 20 Noyabr 2019
  • comments

Yığma siftədəki quyuya düşüb

  • 20 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Elm
  • Siyasət
  • Təhsil

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda