Sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Rəsmi xəbər noyabrın 19-da yayılıb.
Novator.az bildirir ki, Novruz Məmmədov 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirib. Fransız dili üzrə mütəxəssisdir.
Əlcəzairdə və Qvineyada tərcüməçi və baş tərcüməçi işləyib.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq fakültəsinin, 1993-1997-ci illərdə fransız dili fakültəsinin dekanı vəzifəsində çalışıb.
Filologiya elmləri namizədidir.
1997-ci ildən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, 2017-ci ildən həm də prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, 2018-ci il aprelin 21-dən 2019-cu il oktyabrın 8-dək baş nazir olub.