• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aksiya dağıdıldı, aksiya davam edir

  • 19 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri noyabrın 18-i axşam müxalif fəallara qarşı əməliyyat keçirib.

Noyabrın 14-də ölkə parlamenti konstitusiyaya dəyişiklik layihəsini qəbul edə bilməyib. Layihə 2020-ci ildən parlamentin tam proporsional əsasda – partiya siyahıları üzrə seçilməsini nəzərdə tuturdu. Yeniliyin baş tutmaması müxalif qüvvələrin narazılığına səbəb olub və davamlı aksiyalar başlayıb. Əsas tələblər hökumətin istefası, proporsional sistemlə növbədənkənar parlament seçkisinin keçirilməsidir.

Paytaxt Tbilisidə fasiləsiz aksiya keçirən müxalif fəallar noyabrın 18-də parlamenti mühasirəyə alaraq deputatları içəri buraxmayıb. Novator.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri noyabrın 18-i axşam parlament binasının həndəvərini aksiyaçılardan təmizləyib. Əməliyyat zamanı 2 polisin, 4 aksiyaçının xəsarət aldığı, 37 nəfərin tutulduğu bildirilir.

Parlament binasının ətrafından sıxışdırılan aksiyaçılar yaxınlıqdakı Rustaveli prospektində toplaşıblar. Noyabrın 19-u axşama geniş mitinq təyin olunub.

Gürcüstanda 150 yerlik parlamentin 77 deputatı proporsional, 73 deputatı majoritar (dairələr üzrə) üsulla seçilir. Hökuməti parlamentdə 76 mandat əldə edən partiya formalaşdırır.

2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir. Partiyaya milyarder Bidzina İvanişvili sədrlik edir. Baş nazir postunu bu partiyanın təmsilçisi Georgi Qaxariya tutur. Dövlət başçısı Salome Zurabişvili 2018-ci ilin prezident seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədi olub.

Nöqtə zamanı

  • 19 Noyabr 2019
  • comments

Valyutaların istiqaməti

  • 19 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda