• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Piket təxirə salınıb. Hərəkat məhkəməyə üz tutur

  • 18 Noyabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı noyabrın 19-u Bakıda piket keçirmək niyyətində idi.

Piketi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirmək, aksiyada 2020-ci ildən uşaq pulunun bərpası, pensiya yaşının aşağı salınması, pensiyaların, müavinətlərin artırılması tələblərini irəli sürmək nəzərdə tutulurdu.

Lakin Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə razılaşmayıb.

Meriya bunu belə izah edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi ərazidə aksiya keçirilərsə, piyadaların sıxlığı, nəqliyyatın intensivliyi ictimai asayişi təmin etməyə çətinlik yaradacaq.

Nəticədə ADR Hərəkatı piketi təxirə salmaq məcburiyyətində qalıb.

Eyni zamanda hərəkat bəyan edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin gətirdiyi arqument əsassızdır, piketə razılıq verilməməsi sərbəst toplaşmaq hüququna qanunsuz və kobud müdaxilədir.

ADR Hərəkatı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəyini də açıqlayıb.

ADR Hərəkatı 2015-ci ildə yaradılıb. Quruma iqtisadçı alim Qubad İbadoğlu rəhbərlik edir.

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. 2021-ci il iyulun 1-dək kişilərin, 2027-ci il iyulun 1-dək qadınların pensiya yaşı 65-ə çatacaq.

Əmək pensiyasının minimum məbləği 200 manatdır.

Ölkədə uşağın anadan olmasına görə 200 manat birdəfəlik müavinət verilir. 18 yaşa qədər uşaqlara hər ay uşaq pulunun verilməsi praktikası 2006-cı ildən dayandırılıb.

9 rayonda 41 ev

  • 18 Noyabr 2019
  • comments

Seymur və başqaları

  • 18 Noyabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda