• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oturaq aksiyanın tələbləri

  • 18 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Gürcüstanda müxalif fəallar paytaxt Tbilisidə fasiləsiz aksiya keçirir. Novator.az-ın məlumatına görə, noyabrın 18-də parlamenti mühasirəyə alan aksiyaçılar deputatları içəri buraxmır.

Noyabrın 14-də parlament konstitusiyaya dəyişiklik layihəsini qəbul edə bilməyib. Layihə 2020-ci ildən parlamentin tam proporsional əsasda – partiya siyahıları üzrə seçilməsini nəzərdə tuturdu. Yeniliyin baş tutmaması müxalif qüvvələrin narazılığına səbəb olub və davamlı aksiyalar başlayıb. Proporsional sistemlə növbədənkənar parlament seçkisinin keçirilməsi, bu ilin iyun ayında tutulan aksiyaçıların azadlığa buraxılması tələb olunur.

Gürcüstanda 150 yerlik parlamentin 77 deputatı proporsional, 73 deputatı majoritar (dairələr üzrə) üsulla seçilir. Hökuməti parlamentdə 76 mandat əldə edən partiya formalaşdırır.

2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.

Bu il iyunun 20-si Gürcüstan parlamentində Pravoslav Parlamentlərarası Assambleyasının sessiyası keçirilib. Tədbirə Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar beynəlxalq tədbiri yarımçıq dayandırıblar.

Müxaliflər etirazı Sergey Qavrilovun Gürcüstanın ərazi bütövlüyünə qarşı təcavüzdə iştirakı ilə əsaslandırıblar.

Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

20 iyun qalmaqalı kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər parlament sədri İrakli Kobaxidzenin və başqa yüksək rəsmilərin istefasını tələb ediblər. Onlar dövlət rəsmilərini düşmənə loyallıqda günahlandırıblar.

Həmin axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda 240 nəfər xəsarət alıb. 17 nəfərə cinayət işi qaldırılıb, onların böyük əksəriyyəti həbsdədir.

İrakli Kobaxidze iyunun 21-də parlament sədri postundan istefa verib. Müxalif qüvvələr iyunun 20-də mitinqçilərə güc tətbiqinə başçılıq etmiş daxili işlər naziri Georgi Qaxariyanın istefasını da tələb edib. Ancaq Georgi Qaxariya postunda saxlanıb və sentyabrın 8-də baş nazir kürsüsünə keçib.

Apokalipsis haqqında

  • 18 Noyabr 2019
  • comments

Sərmayə hesabatı

  • 18 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda