• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı Araşdırma İnstitutu makroiqtisadi yekunları qiymətləndirib

  • 15 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Bakı Araşdırma İnstitutunun ekspertləri 2019-cu ilin yanvar-avqust aylarının makroiqtisadi yekunlarına dair iqtisadi bülleten buraxıb. Novator.az-ın məlumatına görə, 8 aylıq yekunlar belə təsvir edilir:

– ölkədə ümumi daxil məhsul (ÜDM) istehsalında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4%-lik real artım qeydə alınsa da, əhalinin hər nəfəri hesabı ilə ÜDM-in miqdarında 0,15%-lik azalma olub;

– ÜDM-də qeyri-neft/qaz sektorunun payı ötən ilin müvafiq dövrü ilə müqayisədə3,1% bəndi artıb;

– investisiya qoyuluşlarında azalma tendensiyası davam edib: 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4%-lik azalma qeydə alınıb;

– 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak qiymətləri indeksi 102,4% olub;

– dünya bazarlarında neftin qiymətinin yüksək olması ilə əlaqədar ümumilikdə manat möhkəmlənmə təzyiqi altında olub;

– ölkədə nağdsız əməliyyatların təşviqinə rəğmən dövriyyədə olan nağd pulun həcmində11,1%-lik artım qeydə alınıb;

– əvvəlki ilin eyni dövrünə nisbətən xarici ticarət dövriyyəsində 3,1 milyard dollar (və ya 16%) artım qeydə alınıb: dövriyyənin ümumi artımının 80%-i idxalın, 20%-i ixracın genişlənməsi sayəsində baş verib;

– hesabat dövründə idxalın ümumi artımının 89%-i dövlət, 11%-i özəl sektorun idxalının genişlənməsi hesabına olub;

– dövlət büdcəsinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8% artaraq 14,9 milyard manata çatıb, büdcə gəlirlərinin artımında əsas mənbə Dövlət Gömrük Komitəsi olub: əvvəlki ilin eyni dövrünə nisbətən gömrük orqanlarının büdcə ödənişləri 602,4 milyon manat artmaqla 2,8 milyard manata yüksəlib;

– qeyri-vergi gəlirlərinin büdcədə xüsusi çəkisində azalma qeydə alınıb: bu mənbə üzrə mədaxilin məcmu gəlirlərdə payı ötən ilin 8 ayındakı 51,8%-dən bu ilin 8 ayında 48,1%-ə düşüb;

– dövriyyə vergiləri üzrə daxilolmalarda artımlar büdcənin genişlənməsində həlledici rol oynayıb: büdcə gəlirlərində baş verən 819 milyon manatlıq artımın 656 milyon manatı və ya 80%-i əsas dövriyyə vergiləri olan əlavə dəyər vergisi və aksizlərin hesabına təmin edilib;

– dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə1,2 milyard manat və ya 9,1% artıb: xərclərin artımı əsasən sosial və investisiya xərclərinin genişlənməsi hesabına olub;

– bank sektorunda  2018-ci ildən müşahidə edilən təmərküzləşmə tendensiyası 2019-cu ildə də davam edir: 5 bankın bazar payı (təmərküzləşmə səviyyəsi) bu ilin birinci yarım ilində 66,5%-əyüksəlib;

– qiymətli kağızlara yatırımların həcmi 9,5% artaraq 3,9 milyard manata çatıb;

– istehlakın kreditləşməsi səviyyəsi devalvasiyadan əvvəlki həddə çatır: avqustun sonuna olan məlumata görə, kreditlərdə istehlak kreditlərinin payı 43,9%-əyüksəlib;

– problemli kreditlərdə cüzi azalma müşahidə edilir: vaxtı keçmiş kreditlərin payı ilin əvvəlindəki 12,2%-dən 10,8%-ə düşüb.

Mənbə: Bakuresearchinstitute.org

İkinci oxunuşa nələr gedir?

  • 15 Noyabr 2019
  • comments

Əməliyyat təlimi

  • 15 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda