Almaniyada bir qrup azərbaycanlının tutulduğu xəbəri yayılıb. Meydan.tv Almaniyanın Spiegel.de və Swr.de saytlarına istinadla bildirir ki, noyabrın 13-də yerli polis bu ölkəyə mühacir daşıyanların sırasında azərbaycanlıların olduğunu da aşkarlayıb.
Məlumata görə, ölkənin 5 şəhərində aparılan əməliyyatın məqsədi Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni üzə çıxarmaq olub, nəticədə Azərbaycandan mühacir cəlb edənlər də tutulub.
Almaniyada yaşayan bloqçu Həbib Müntəzir tutulanların bir neçəsinin adını yayıb: Əlövsət Əliyev, Mehdi Xəlilbəyli, Abdin Cavadov, Elçin Əkbərov, Rəşad Məmmədov, Elşən Abdullayev. Onların hamısı siyasi mühacirdir.