• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Yeni xərclərə hazırlıq görün”

  • 13 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

İqtisadçı Qubad İbadoğlu əhalini yeni xərclərə hazır olmağa çağırıb. Novator.az-ın məlumatına görə, o yazır ki, 2020-ci ildən ailə büdcəsinin xərclərinə vergilər, kommunal xidmətlər, cərimə sanksiyaları üzrə ödənişlərlə yanaşı sığorta haqları daxil olacaq: “Minimum əməkhaqqının 250 manata çatdırılması hesabına artan sosial sığorta ödənişləri ilə bahəm hər bir işləyən, fərdi sahibkarlıq və əməklə məşğul, mülkiyyət sahibi olan vətəndaş tibbə və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcəklər.

Daşınmaz əmlaka görə illik icbari sığorta haqqı Bakıda 50 manat, digər bölgələrdə 30-40 manat müəyyənləşdirilib.

Tibbi sığorta haqlarına gəlincə, muzdlu işçilər aylıq məvaciblərinin 2 faizi, işəgötürənlər hesablanmış əməyin ödənişi fondunun ayda 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Bununla yanaşı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, o cümlədən müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) təqvim ili üçün adambaşına illik 120 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər.

Hesablamalara görə, növbəti il üçün hər iki mənbədən icbari tibbi sığorta ödənişləri hesabına 500 milyon manata qədər vəsait toplanacaq. Bu vəsaitin çox hissəsinin xərci əhalinin üzərinə düşəcək. Odur ki, yeni xərclər üçün indidən hazırlıq görün, yoxsa gələn “pulsuz tibbi yardım”dan da faydalana bilməzsiniz”.

2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta sistemi çərçivəsində xidmətlər zərfi baza hissəsi və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir.

Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödənəcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir.

Reportyorlar (48)

  • 13 Noyabr 2019
  • comments

Dövlət Miqrasiya Xidmətinin qərar hesabatı

  • 13 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Missiya yerinə yetirilib”: Senatda qapalı dinləmə keçirilib

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda