• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb

  • 13 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Türkiyənin İstanbul şəhərinin Avrasiya Hospitalında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ağciyərində infeksiya aşkarlanıb.

Məlumatı “Amerikanın səsi” Oqtay Gülalıyevin həyat yoldaşı Füruzə Gülalıyevaya istinadla yayıb. Bildirilir ki, infeksiyanın mənşəyi, ağciyərə necə düşdüyü bəlli deyil, ancaq bu infeksiya nəticəsində xəstənin vəziyyəti ağırlaşıb: “Həkimlər əllərindən gələni edirlər, infeksiya barədə isə bir şey demirlər və heç bir proqnoz vermirlər”.

Füruzə Gülalıyevaya Avrasiya Hospitalında neyrocərrahiyyə əməliyyatı keçirmiş xəstənin müalicəsi üçün lazım olan hər şeyin olduğuna şübhə ilə yanaşdığını da söyləyib.

Oqtay Gülalıyev müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

2019-cu il oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə sınıq, sol yarımkürədə çoxsaylı qansızmalar diaqnozu ilə “City Hospital”a köçürülüb, oktyabrın 30-u orada əməliyyat olunub.

Noyabrın 1-dən Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunub.

Noyabrın 6-da Heydər Əliyev Fondunun dəstəyi ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb. Həyat yoldaşı Füruzə Gülalıyevaya hazırda Oqtay Gülalıyevin yanındadır.

Oqtay Gülalıyev qəzadan bir qədər sonra koma vəziyyətinə düşüb və indiyədək komadan ayılmayıb.

Büdcə ilk oxunuşdan keçdi

  • 13 Noyabr 2019
  • comments

Razim Əmiraslanlının cəzası: apellyasiya şikayəti ...

  • 13 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda