• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavat başqanının müavini inzibati həbsə gedib

  • 13 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Noyabrın 12-si gündüz polisin saxladığı Müsavat Partiyasının başqanı Arif Hacılı həmin gün axşam buraxılıb.

Arif Hacılının maşınını saat 13:30 radələrində paytaxtda Dövlət Yol Polisinin əməkdaşları saxlamış, partiya lideri düşürülərək başqa bir maşınla aparılmışdı.

Axşamüstü Arif Hacılının Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə aparılıb bir müddət saxlandığı və oradan buraxıldığı bəlli olub.

Müsavat Partiyası noyabrın 10-u paytaxtda siyasi məhbuslara azadlıq, repressiyalara son, seçki islahatları tələbləri ilə mitinq keçirmək niyyətində idi. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə aksiya üçün bu ünvanlar göstərilmişdi: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu.

Paytaxt rəhbərliyi mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız aksiya keçirməyə qərar verib.

Aksiyadan əvvəl bir neçə Müsavat funksioneri tutulub, partiyanın 7-ci mikrorayondakı mərkəzi qərargahı polis nəzarətinə alınıb.

Saat 15 radələrində bir qrup müsavatçı Bakı metrosunun “İçərişəhər” stansiyasından paytaxtın icra hakimiyyətinin binasına doğru irəliləməyə cəhd göstərib. Polis buna imkan verməyib.

Bakı Şəhər Baş Polis İdarəsi aksiyada 15 nəfərin iştirak etdiyini bildirib.

Piketə cəhd zamanı tutulan Müsavat başqanının müavinləri Fərəc Kərimli, Səxavət Soltanlı və partiya fəalları sərbəst buraxılıblar.

Novator.az bildirir ki, aksiyadan əvvəl tutulan şəxslər, o cümlədən Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəri, Divan üzvü Mustafa Hacıbəyli azadlığa çıxıblar. Noyabrın 11-də tutulan Müsavat başqanının müavini Razim Əmiraslanlıya isə 15 sutkalıq inzibati həbs cəzası kəsilib.

Xərci artıran qanun imzalandı

  • 13 Noyabr 2019
  • comments

13 noyabr məzənnələri

  • 13 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda