Noyabrın 13-də Milli Məclis 2020-ci ilin dövlət büdcəsi layihəsini ilk oxunuşda qəbul edib. Novator.az-ın məlumatına görə, 26 milyard 913,7 milyon manatlıq xərclərin istiqamətləri layihədə belə göstərilir:
iqtisadi fəaliyyət – 5 milyard 602,4 milyon manat;
ümumi dövlət xidmətləri – 4 milyard 27,2 milyon manat;
müdafiə və milli təhlükəsizlik – 3 milyard 853,5 milyon manat;
sosial müdafiə və sosial təminat – 3 milyard 244,5 milyon manat;
təhsil – 3 milyard 155,7 milyon manat;
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 1 milyard 973 milyon manat;
səhiyyə – 1 milyard 369 milyon manat
kənd təsərrüfatı – 920,9 milyon manat
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 439,1 milyon manat;
ətraf mühitin mühafizəsi – 279,8 milyon manat;
mənzil və kommunal təsərrüfatı – 249,1 milyon manat;
əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 798,7 milyon manat.
Büdcə zərfinə başqa sənədlər də daxildir.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 825,5 milyon manat, işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri 128,2 milyon manatdır.
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülür.