Noyabrın 12-də ABŞ dollarının rəsmi kursu 1,7 manat səviyyəsində qalıb.
Bir çox valyuta isə ucuzlaşıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank dəyər itirən avronu 1,8757, Gürcüstan larisini 0,5744, Rusiya rublunu 0,0266, Türkiyə lirəsini 0,2945 manata təklif edir (Valyutalar).
Dolların indiki rəsmi qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu manatın qorunması üçün Mərkəzi Bankın 2019-cu ilin yanvar-oktyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 167,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.