• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cabbardan sonra

  • 12 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyada tutulan AXCP fəalı Cabbar Savalanlı 20 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura “28 May” metro stansiyasının həndəvərində sanksiyasız aksiya keçirib.

Bu aksiyaya görə 31 nəfərə inzibati həbs cəzası verilib. Onların 10-u hələ içəridədir.

Aksiyadan əvvəlki günlərdə tutulan İlham Hüseyn (AXCP) 60 sutka, Seymur Həzi, Nicat Nizamov, Əliağa Məmmədov, Saqif Qurbanov, Emil Səlimov, Abdulla Mahmudov (hamısı AXCP) 30 sutka cəza alıb.

Aksiya günü tutulanlardan bu şəxslər həbsdədir: Tofiq Yaqublu (Müsavat), Rüfət Səfərov (bitərəf), Baba Süleymanov (AXCP). Onların hər birinə 30 sutka həbs kəsilib.

Milli Şura noyabrın 2-də də metronun “28 May” stansiyası ətrafında sanksiyasız aksiya keçirmək niyyətində idi. Sonradan ləğv olunan aksiya ərəfəsində tutulan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya, partiya fəalları Emin Manıyev, Aydın İsayev və Cavid İbrahimova 30 sutka inzibati həbs cəzası verilib.

İcra hakimiyyətlərində yerdəyişmələr

  • 12 Noyabr 2019
  • comments

Büdcə sənədləri parlament müzakirəsində

  • 12 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda