• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”ın qrupdan çıxmaq şansları

  • 08 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

UEFA Avropa Liqasının qrup mərhələsində sona iki tur qalır. Azərbaycan təmsilçisi “Qarabağ”ın yer aldığı A qrupunda dörd oyuna 12 xal yığan İspaniya “Sevilya”sı birinci yeri təmin edərək növbəti raunda çıxıb. Qrupda ikinci yeri tutan komanda da  1/16 finala adlayacaq. Hazırda Kiprin APOEL komandası və “Qarabağ”ın 4, Lüksemburqun “Düdelanj” klubunun 3 xalı var.

Qalan oyunların təqvimi belədir:

28 noyabr

“Sevilya” – “Qarabağ”

“Düdelanj” – APOEL

12 dekabr

APOEL – “Sevilya”

“Qarabağ” – “Düdelanj”.

Futbol icmalçısı Rasim Mövsümzadə Novator.az-a deyib ki, “Qarabağ” qalan iki oyunda 1 xal qazanacağı halda da qrupda 2-ci yeri tutaraq növbəti mərhələyə çıxa bilər: “Təmsilçimizin səfərdə “Sevilya”ya məğlub olub, evdə “Düdelanj”la heç-heçə etməsi nəzərdə tutulur – bu zaman yekunda “Qarabağı”ın 5 xalı olacaq. Amma həmçinin “Düdelanj” – APOEL matçının heç-heçə bitməsi və APOEL-in evdə “Sevilya”ya uduzması da şərtdir. Bu halda həm ümumi yekunda, həm də şəxsi görüşlərdə APOEL və “Düdelanj”la eyni xalı olacaq “Qarabağ” onlarla öz aralarındakı oyunlarda daha yaxşı top fərqinə görə qrupda 2-ci yeri tutacaq. İlk turda APOEL evdə “Düdelanj”a 3:4 hesabı ilə məğlub olub, ikinci turda isə “Qarabağ” səfərdə Lüksemburq təmsilçisini yenib – 4:1.

“Qarabağ” Bakıda “Düdelanj”a qalib gəlsə və yekunda 7 xalı olsa, APOEL-in qalan iki oyunda qalib gəlməməsinə ümid etməlidir. Azərbaycan çempionu hətta İspaniyada “Sevilya”nı məğlub edib xalını 10-a çatdırsa belə, yenə də Kipr təmsilçisinin büdrəməsinə ümid etməlidir. Çünki sonda iki komandanın xalı eyni olsa, şəxsi görüşlərdəki üstünlüyə görə (2:1, 2:2) APOEL yoluna davam edəcək”.

Köçəryan “Qarabağ – Ermənistandır” bəyanatını pisl...

  • 08 Noyabr 2019
  • comments

Mustafa Hacıbəyli departament rəhbəri oldu

  • 08 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda