• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryan “Qarabağ – Ermənistandır” bəyanatını pislədi

  • 08 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ermənistanın sabiq prezidenti, məhbus Robert Köçəryan Sputnikarmenia.ru saytının yazılı suallarını cavablandırıb. Novator.az-ın məlumatına görə, Robert Köçəryan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunaraq qeyd edib ki, erməni tərəfinin kobud səhvləri ucbatından ölkənin danışıqlar prosesində mövqeləri zəifləyib. Baş nazir Nikol Paşinyanın “Qarabağ – Ermənistandır, nöqtə!” bəyanatını yolverilməz sayan Robert Köçəryan yazır: “Bu bəyanat danışıqları xalqların öz müqəddəratını təyin etməsi prinsipindən bizim üçün arzuolunmaz müstəviyə – dövlətlərin ərazi bütövlüyü müstəvisinə keçirdib. Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları, münaqişənin nizamlanması barədə aydın mövqeyinin olmaması erməni tərəfinin konstruktivliyini şübhə altına alıb” (Nida işarəli çıxış).

Robert Köçəryan Qarabağ cəbhəsində müharibə riskinin artdığını vurğulayaraq qeyd edib ki, hər iki tərəf güclü şəkildə silahlandığı üçün yeni müharibənin nəticələri çox ağır ola bilər.

Sabiq prezident Dağlıq Qarabağ və Ermənistan rəhbərliyi arasında münasibətlərin yaxşı olmamasından, Ermənistanda Qarabağ müharibəsi iştirakçılarının sıxışdırılmasından da gileylənib, Azərbaycanın hərbi xərclərinin 20 faiz artması fonunda Ermənistanın hərbi büdcəsinin faktiki olaraq dondurulmasını anlaşılmaz saydığını vurğulayıb.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət Dağlıq Qarabağ bölgəsində doğulmuş, işğalçı müharibənin qaniçən liderlərindən olan Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə qarabağlıların hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır.

2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də azadlığa çıxıb. İyunun 25-dən Robert Köçəryan yenidən həbsdədir.

Məhbus cəbhəçinin qızı “MedEra”da müalicə olunur

  • 08 Noyabr 2019
  • comments

“Qarabağ”ın qrupdan çıxmaq şansları

  • 08 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda