• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

12 oldular

  • 08 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mərkəzi Seçki Komissiyasının 7 noyabr iclasında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan, deputat Tahir Kərimli sədrlik etdiyi Vəhdət Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Novator.az bildirir ki, daha əvvəl 11 partiyanın səlahiyyətli nümayəndələri qeydiyyata düşüb: Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası.

Yeni Azərbaycan Partiyasına prezident İlham Əliyev, Demokratik İslahatlar Partiyasına deputat Asim Mollazadə, Böyük Quruluş Partiyasına deputat Fazil Mustafa, Vətəndaş Birliyi Partiyasına deputat Sabir Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasına deputat Fərəc Quliyev, Demokratik Maarifçilik Partiyasına deputat Elşən Musayev, Sosial Demokrat Partiyasına deputat Araz Əlizadə, Ümid Partiyasına İqbal Ağazadə, Ana Vətən Partiyasına deputat Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasına Sabir Rüstəmxanlı rəhbərlik edir.

MSK-nın hesabatına görə, noyabrın 7-dək dairə seçki komissiyalarına 28410 nəfər iddiaçı üz tutub, 60 nəfərin namizədliyi qeydə alınıb.

118 seçki dairəsini əhatə edən 23 dekabr seçkilərində 1606 bələdiyyəyə 15156 nəfər seçilməlidir.

Namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-da başlayacaq.

Əhalisi 500-dən az olan ərazilərdə 5 bələdiyyə üzvü; 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü; 4999-dək olan ərazilərdə 9 bələdiyyə üzvü; 9999-dək olan ərazilərdə 11 bələdiyyə üzvü; 19999-dək olan ərazilərdə 13 bələdiyyə üzvü; 49999-dək olan ərazilərdə 15 bələdiyyə üzvü; 99999-dək olan ərazilərdə 17 bələdiyyə üzvü; 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü olur.

Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş vətəndaş əhalisi 99999-dan çox olan ərazidə 150 seçici imzası; 49999-dan çox olan ərazidə 100 seçici imzası; 19999-dan çox olan ərazidə 75 seçici imzası; 9999-dan çox olan ərazidə 50 seçici imzası; 4999-dan çox olan ərazidə 30 seçici imzası; 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır.

Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.

Yenə “yox”

  • 08 Noyabr 2019
  • comments

Rəsmi məzənnələr

  • 08 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda