Televiziya və radio sahəsində çalışan bir qrup şəxs təltif olunub. Prezident İlham Əliyevin 6 noyabr sərəncamlarında təltiflər televiziya və radio sahəsinin inkişafında xidmətlər, səmərəli fəaliyyətlə əsaslandırılıb.
Novator.az bildirir ki, Əzimova Mətanət Əlirasim qızı, Hüseynov Murad Məhəmməd oğlu, Xəlilov Vüqar Nəriman oğlu, İsgəndərov Sahil Məmməd oğlu, İsmayılov Rasim Mustafa oğlu, Qafarova Aynurə Vəli qızı, Məhərrəmova Afət Telman qızı, Məmmədli Mahir Rafət oğlu, Məmmədova Gözəl Dağbəyi qızı əməkdar jurnalist adı alıblar.
Babayev Faiq Həsənağa oğlu, Əsgərov Mahəddin İsax oğlu, Fərəcov Ənvər Çingiz oğlu, Hacıyev Ramin Zahid oğlu, Həsən-zadə Rövnəq İmran oğlu, Şahbazov Hikmət Məmmədağa oğlu və Vəliyev Vüqar Tariyel oğluna əməkdar mədəniyyət işçisi adı; Axundov Vasif Hafis oğluna əməkdar incəsənət xadimi adı; Cəfərov Səbuhi Aslan oğluna əməkdar artist adı; Ağalarov Faiq Seyidağa oğlu və Seyidov Nofəl Rəsul oğluna əməkdar mühəndis adı verilib.
Bu şəxslər isə “Tərəqqi” medalına layiq görülüb: Cavadov Nemət Rövşən oğlu, Cəfərli Minijə Cəmşid qızı, Həşimov Murad Əhməd oğlu, İbrahimova Zülfiyyə Məhəmməd qızı, Kərimov Əhməd Musa oğlu, Qurbanov Samir Telman oğlu, Məmmədov Məmmədəli Nazim oğlu, Məmmədov Söhbət İsrafil oğlu, Musayev Ranar Rafael oğlu, Nəcəfli Anar Əşrəf oğlu, Sadıqov Faiq Əbülfəz oğlu, Şahbazov Rüfət Kamal oğlu, Şamıyeva Həyat Rəhman qızı.
Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü rəsmiləşib. 1926-cı ilin həmin günü Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix teleradionun yaranma günü kimi qeyd olunur. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb.