• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seçki yarışında 11 partiya var

  • 06 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mərkəzi Seçki Komissiyasının 5 noyabr iclasında dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılan Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Parlamentdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasına Sabir Rüstəmxanlı sədrlik edir.

Novator.az bildirir ki, daha əvvəl 10 partiya səlahiyyətli nümayəndələrini qeydə aldırıb: Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası, Ana Vətən Partiyası.

Yeni Azərbaycan Partiyasına prezident İlham Əliyev, Demokratik İslahatlar Partiyasına deputat Asim Mollazadə, Böyük Quruluş Partiyasına deputat Fazil Mustafa, Vətəndaş Birliyi Partiyasına deputat Sabir Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasına deputat Fərəc Quliyev, Demokratik Maarifçilik Partiyasına deputat Elşən Musayev, Sosial Demokrat Partiyasına deputat Araz Əlizadə, Ümid Partiyasına İqbal Ağazadə, Ana Vətən Partiyasına deputat Fəzail Ağamalı rəhbərlik edir.

MSK-nın hesabatına görə, noyabrın 5-dək dairə seçki komissiyalarına üz tutan 11839 nəfəri siyasi partiyalar, 30 nəfəri təşəbbüs qrupları namizəd göstərib, 11899 nəfər seçki yarışına fərdi qaydada qoşulub.

118 seçki dairəsini əhatə edən 23 dekabr seçkilərində 1606 bələdiyyəyə 15156 nəfərin seçilməsi nəzərdə tutulur.

Namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-da başlayacaq.

Əhalisi 500-dən az olan ərazilərdə 5 bələdiyyə üzvü; 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü; 4999-dək olan ərazilərdə 9 bələdiyyə üzvü; 9999-dək olan ərazilərdə 11 bələdiyyə üzvü; 19999-dək olan ərazilərdə 13 bələdiyyə üzvü; 49999-dək olan ərazilərdə 15 bələdiyyə üzvü; 99999-dək olan ərazilərdə 17 bələdiyyə üzvü; 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü olur.

Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş vətəndaş əhalisi 99999-dan çox olan ərazidə 150 seçici imzası; 49999-dan çox olan ərazidə 100 seçici imzası; 19999-dan çox olan ərazidə 75 seçici imzası; 9999-dan çox olan ərazidə 50 seçici imzası; 4999-dan çox olan ərazidə 30 seçici imzası; 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır.

Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.

Nə bəyan olundu?

  • 06 Noyabr 2019
  • comments

Oqtay Gülalıyev İstanbula aparıldı

  • 06 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda