AZƏRTAC-ın 6 noyabr məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 62,60 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 56,93 dollara satılır.
“AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinə 68,04 dollar qiymət qoyulduğu bildirilir.
Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt”ın bir barreli yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82, maya 75,55, iyuna 67,09, iyula 66,75, avqusta 67,44, sentyabra 60,85, oktyabra 63,36, noyabra 64,42 dollarla başlayıb.
Energetika Nazirliyinin hesabatına görə, yanvarda gündəlik neft hasilatı 793 min barrel, fevralda 806 min barrel, martda 798 min barrel, apreldə 683 min barrel, mayda 776 min barrel, iyunda 768 min barrel, iyulda 778 min barrel, avqustda 749 min barrel, sentyabrda 755 min barrel olub.