UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü tur başlayıb. Novator.az-ın məlumatına görə, 5 noyabr oyunlarından sonra E qrupuna 9 xalla “Liverpul” (İngiltərə) başçılıq edir. “Napoli”nin (İtaliya) 8, “Zalsburq”un (Avstriya) 4, “Genk”in (Belçika) 1 xalı var.
F qrupunda lider “Barselona” (İspaniya) 8, təqibçi “Borussiya” (Dortmund, Almaniya) 7 xal yığıb. “İnter” (İtaliya) 4, “Slaviya” (Çexiya) 2 xal götürüb.
G qrupunda 9 xalla “Leypsiq” (Almaniya) öndə durur. “Lion” (Fransa) 7, “Zenit” (Rusiya) 4, “Benfika” (Portuqaliya) 3 xal əldə edib.
H qrupunda “Ayaks” (Hollandiya), “Çelsi” (İngiltərə), “Valensiya” (İspaniya) 7 xalla liderliyi bölüşürlər. “Lill” (Fransa) 1 xal toplayıb.
1/8 finala qrupda ilk iki yeri tutan komandalar adlayacaq, üçüncü yerdə qərarlaşan klub Avropa Liqasına köçəcək.