• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azər Qasımlı REAL Partiyadan getdi

  • 06 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Azər Qasımlı Respublikaçı Alternativ Partiyasından (REAL Partiya) ayrılıb.

Novator.az xəbər verir ki, Azər Qasımlı REAL Partiyadan çıxdığını noyabrın 6-da keçirdiyi mətbuat konfransında elan edib.

Azər Qasımlı son günlərədək REAL Partiyanın Məclis başqanı olub.

Məclisin 3 noyabr iclasında partiyanın növbədənkənar qurultayının keçirilməsi barədə qərar qəbul edilib.

Növbədənkənar qurultay REAL Partiyanın sədri İlqar Məmmədovun təklifidir, o, partiyanın strukturunu yeniləmək, bunun üçün nizamnaməni dəyişmək təşəbbüsü irəli sürüb.

İlqar Məmmədovun nəzərdə tutduğu dəyişikliklər sırasında İdarə Heyəti, Məclis, Nəzarət-Təftiş Komissiyası əvəzinə ən azı 10-15, ən çoxu 125 nəfərdən ibarət bir qurumun (İlqar Məmmədov şərti olaraq həmin qurumu Siyasi Komitə adlandırır) yaradılması və partiya sədrinin qurultayda deyil, həmin komitədə seçilməsi məsələləri də yer alır.

Azər Qasımlı hesab edir ki, İlqar Məmmədov REAL Partiyada avtoritar idarəçiliyə keçir. Bu səbəbdən o, daha bu partiyanın sıralarında qalmağı yersiz bilir. Azər Qasımlının fikrincə, REAL Partiya artıq “İlqar Məmmədovun partiyası”na çevrilir.

Növbədənkənar qurultayın keçirilməsi barədə qərar qəbul ediləndən sonra REAL Partiyanın bütün yüksək qurumları, o cümlədən Məclis buraxılıb.

REAL Partiya 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, ancaq dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etməyib.

Hökumət qurumları yer ayırmadığı üçün partiyanın təsis qurultayı 2018-ci il aprelin 7-də internetlə keçirilib, nizamnamə, proqram və atributlar qəbul edilib, seçki komissiyası formalaşıb. Aprelin 8-də isə təşkilatın Bakıdakı ofisində gizli səsvermə yolu ilə partiyanın sədri, Məclisin sərbəst üzvləri, Nəzarət-Təftiş Komissiyası seçilib.

Sədr postunu o zaman həbsdə olan İlqar Məmmədov tutub.

1970-ci il təvəllüdlü İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 2018-ci il avqustun 13-dək həbsdə yatıb.

REAL Partiyanın 3200-dən çox üzvü var. Növbədənkənar qurultayda dəyişdirilməsi nəzərdə tutulan hazırkı nizamnaməyə əsasən, partiya strukturu ikipilləlidir: el məclisləri, yəni yerli təşkilatlar; qurultay, Məclis, Nəzarət-Təftiş Komissiyası, İdarə Heyəti, yəni mərkəzi təşkilatlar. El məclisləri müxtəlif rayonları birləşdirir.

Növbədənkənar qurultayla bağlı təkliflərində İlqar Məmmədov onu da qeyd edib ki, 2020-ci ilin parlament seçkisi ərəfəsində partiyanın dövlət qeydiyyatına alınması önəmlidir: “Rəsmən təsis qurultayı keçirilməli, sənədlər Ədliyyə Nazirliyinə göndərilməlidir”.

İlqar Məmmədov növbədənkənar qurultaya hazırlıq işlərini 2019-cu ilin sonunadək tamamlamağı və parlament seçkisi ilinə hazır yeni strukturla daxil olmağı vacib sayır.

Azər Qasımlı 1975-ci ildə Bakıda doğulub. Dövlət İdarəçilik Akademiyasında və Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.

Türkiyənin Mərmərə Universitetində magistr dərəcəsinə, Moskva Dövlət Universitetində siyasət üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib.

Azər Qasımlı 2005-2010-cu illərdə Almaniya, Estoniya və Rusiyada biznes layihələri həyata keçirib. Sonra Azərbaycana qayıdıb və Respublikaçı Alternativ Hərəkatı İdarə Heyətinin üzvü kimi fəaliyyətə başlayıb. Hərəkatın bazasında partiya yaradılanda partiya Məclisinin başqanı seçilib.

Aziz Orucov

Məhkəmə jurnalistin islah olunmadığı qənaətinə gəl...

  • 06 Noyabr 2019
  • comments

Reportyorlar (47)

  • 06 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda