• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İçəridə kimlər qalır?

  • 04 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyaya görə tutulan 5 nəfər azadlığa buraxılıb. Novator.az bildirir ki, Baha Mikayılov (Müsavat), Orxan Səlimzadə, Rəşad Qədirov, Bəxtiyar Yusubov, Rəşad Həsənov (hamısı AXCP) 15 sutkalıq inzibati həbs cəzasını başa vurublar.

2013-cü ildə yaradılmış Milli Şuraya tarix elmləri doktoru Cəmil Həsənli sədrlik edir. Qurumun liderlərindən biri AXCP sədri Əli Kərimlidir.

Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təklifdən imtina edən Milli Şura mitinqi “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirməyə qərar verib.

Oktyabrın 19-da polis “28 May” stansiyası qarşısında toplaşmağa imkan vermədiyi üçün aksiyaçılar həmin əraziyə yaxın yerlərdə – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında aksiya keçiriblər.

Aksiyadan əvvəlki günlərdə tutulan İlham Hüseyn (AXCP) 60 sutka, Seymur Həzi, Nicat Nizamov, Əliağa Məmmədov, Saqif Qurbanov, Emil Səlimov, Abdulla Mahmudov (hamısı AXCP) 30 sutka, Ramid Nağıyev (AXCP) 20 sutka cəza alıblar.

Aksiya günü tutulanlardan bu şəxslər həbsdədir: Tofiq Yaqublu (Müsavat), Rüfət Səfərov (bitərəf), Baba Süleymanov (AXCP) – 30 sutka, Cabbar Savalanlı (AXCP) – 20 sutka.

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun şikayətinə baxıb, Nəsimi Rayon Məhkəməsinin çıxardığı 30 sutka inzibati həbs cəzasını qüvvədə saxlayıb.

Paytaxtın Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan Tofiq Yaqublu tutulduğu gün Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qaldığını deyib. O qeyd edib ki, idarədə onu əlləri qandallı vəziyyətdə bir saata yaxın döyüb siyasi mübarizədən əl çəkmək tələbi qoyublar.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb. 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Milli Şura noyabrın 2-də də metronun “28 May” stansiyası ətrafında sanksiyasız aksiya keçirmək niyyətində idi. Sonradan ləğv olunan aksiya ərəfəsində tutulan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıya, partiya fəalları Emin Manıyev, Aydın İsayev və Cavid İbrahimova 30 sutka inzibati cəzası həbs verilib.

Məzənnə yenilikləri

  • 04 Noyabr 2019
  • comments

Bölgələrin kredit və əmanət statistikası

  • 04 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda