• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri oldu

  • 01 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Noyabrın 1-də sərəncam imzalayan dövlət başçısı İlham Əliyev Samir Rafiq oğlu Nuriyevi Prezident Administrasiyasının rəhbəri təyin edib.

Novator.az bildirir ki, Samir Nuriyev 1975-ci il martın 9-u Bakı şəhərində doğulub. Azərbaycan Texniki Universitetinin mühəndis biznesi və menecment fakültəsini bitirib, ABŞ-ın Dyuk Universitetində beynəlxalq inkişaf siyasəti üzrə magistr dərəcəsi əldə edib.

1996-cı ildən başlayaraq özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi postunda çalışıb.

2006-cı ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin direktoru, 2009-cu ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə rəisi təyin edilib.

2016-cı ildən Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru, 2018-ci ildən İdarə Heyətinin sədri olub.

21 aprel 2018-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postunu tuturdu.

1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasına Ramiz Mehdiyev rəhbərlik edib. Hazırda o, Təhlükəsizlik Şurasının üzvü, Milli Elmlər Akademiyasının prezidentidir.

Prezident Administrasiyasının səlahiyyətləri bunlardır: Milli Məclisə təqdim olunan qanun layihələrini, prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlamaq; qanunların, prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət; prezidentin siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqları və yaradıcı birliklər, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin etmək; ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatların, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətlərinin, təkliflərinin təhlili və prezidentə müvafiq məruzələr hazırlamaq.

Bakı şəhərinin İstiqlaliyyət küçəsində qərar tutan administrasiyanın yerləşdiyi bina Prezident Sarayı adlanır.

Qanun pensiyaçıları azaldır

  • 01 Noyabr 2019
  • comments

Ən çox qoyulan adlar

  • 01 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qaqauz başqan həbsə getdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı: yeni bilgi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Qaqauz başqan həbsə getdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı: yeni bilgi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda