• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Gülalıyevin durumu

  • 01 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Bakıdakı “City Hospital”ın həkimi, tibb elmləri doktoru, professor Adil Qeybulla hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı açıqlama yayıb.

Oktyabrın 29-u axşam Oqtay Gülalıyevi Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Kliniki Tibbi Mərkəzə çatdırılan Oqtay Gülalıyev ilkin tibbi yardım göstərildikdən sonra “City Hospital”a köçürülüb, orada əməliyyat olunub.

Adil Qeybulla oktyabrın 31-i axşam “Facebook”da belə açıqlama yayıb: “Oqtay Gülalıyevin durumu sabitdir. Kliniki Tibbi Mərkəzdə aparılan kompüter tomoqrafiyası müayinəsində ona qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, sol təpə sümüyündə yerdəyişməyən sınıq, sol yarımkürədə çoxsaylı qansızmalar diaqnozu qoyulub.

Xəstə oktyabrın 29-u axşam saat 11-12 arası yaxınlarının istəyi ilə “City Hospital”ın reanimasiya şöbəsinə köçürülüb. Oqtay Gülalıyev “City Hospital”da intensiv müşahidə altında olub, mərkəzi venanın kateterizasiyası qoyulub və müalicə başlanıb.

Getdikcə beyindaxili təzyiqin artması, huşun itməsi, anizokoriya əlamətləri yaranıb.

İlk tomoqrafiyadan təxminən 12 saat sonra ikinci kontrol tomoqrafiya aparılıb, sol yarımkürədə beyin toxumalarını kompressiya edən hematoma olduğu müəyyən edilib. Xəstənin yaxınlarına cərrahi əməliyyat aparılması zərurəti izah olunub. Səhiyyə Nazirliyi də konsultativ kömək məqsədilə işə müdaxilə edib, 3 nəfər neyrocərrahın iştirakını təmin edib.

Oktyabrın 30-u saat 13 radələrində ümumi narkoz altında təcili cərrahi əməliyyat başlayıb, soltərəfli trepanasiya aparılıb. Müəyyən edilib ki, beyin toxumasının zədələnməsi nəticəsində qanama yaranıb və nəticədə yaranmış hematoma həm daxildən, həm də sərt qişa altında xaricdən beyin toxumalarını kompressiya edir.

Hematoma və onun qalıqları xaric edilib, qanama dayandırılıb, sanasiya edilib. Əməliyyat fəsadsız keçib. Xəstə stabil hemodinamik göstəricilərlə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabildir, süni ventilyasiya aparatındadır.

Xəstənin kritik durumdan çıxması üçün bir qədər zaman tələb olunur, lakin reabilitasiya uzun müddət çəkə bilər.

Alınan travma xarakter etibarilə ağır hesab edilir. Xəstənin sonrakı ixtisaslaşdırılmış müalicə üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülməsi istiqamətində danışıqlar gedir”.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Oqtay Gülalıyev indiki Dövlət İdarəçilik Akademiyasının məzunudur. Müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvü, Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

Oqtay Gülalıyevin vəziyyəti necədir?

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

Oqtay Gülalıyev reanimasiya şöbəsindədir

Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı açıqlamalar

Dəyirmi masanın vaxtı və yeri açıqlandı

  • 01 Noyabr 2019
  • comments

Qanun pensiyaçıları azaldır

  • 01 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

Son materiallar

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda