• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bələdiyyə seçkilərinə hansı partiyalar qatılıb?

  • 01 Noyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərinə qatılaraq səlahiyyətli nümayəndələrini Mərkəzi Seçki Komissiyasında qeydə aldıran partiyaların sayı 10-a çatıb: Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası, Ana Vətən Partiyası.

Novator.az bildirir ki, Yeni Azərbaycan Partiyasına prezident İlham Əliyev, Demokratik İslahatlar Partiyasına deputat Asim Mollazadə, Böyük Quruluş Partiyasına deputat Fazil Mustafa, Vətəndaş Birliyi Partiyasına deputat Sabir Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına deputat Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasına deputat Fərəc Quliyev, Demokratik Maarifçilik Partiyasına deputat Elşən Musayev, Sosial Demokrat Partiyasına deputat Araz Əlizadə, Ümid Partiyasına İqbal Ağazadə, Ana Vətən Partiyasına deputat Fəzail Ağamalı rəhbərlik edir.

MSK-nın məlumatına görə, oktyabrın 31-dək bələdiyyə seçkilərində namizəd olmaq istəyən 8128 nəfərdən müraciət alınıb, 2896 nəfərin iddiası təsdiqlənib.

118 seçki dairəsini əhatə edən 23 dekabr seçkilərində 1606 bələdiyyəyə 15156 nəfərin seçilməsi nəzərdə tutulur.

Namizədin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi noyabrın 3-dən noyabrın 22-dək davam edəcək. Seçkiqabağı təşviqat noyabrın 30-dan dekabrın 22-dək çəkəcək.

Əhalisi 500-dən az olan ərazilərdə 5 bələdiyyə üzvü; 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü; 4999-dək olan ərazilərdə 9 bələdiyyə üzvü; 9999-dək olan ərazilərdə 11 bələdiyyə üzvü; 19999-dək olan ərazilərdə 13 bələdiyyə üzvü; 49999-dək olan ərazilərdə 15 bələdiyyə üzvü; 99999-dək olan ərazilərdə 17 bələdiyyə üzvü; 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü olur.

Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş vətəndaş əhalisi 99999-dan çox olan ərazidə 150 seçici imzası; 49999-dan çox olan ərazidə 100 seçici imzası; 19999-dan çox olan ərazidə 75 seçici imzası; 9999-dan çox olan ərazidə 50 seçici imzası; 4999-dan çox olan ərazidə 30 seçici imzası; 4999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır.

Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.

Yol açılışında tapşırıqlar

  • 01 Noyabr 2019
  • comments

Mitinqlə bağlı yeni qərar

  • 01 Noyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda