• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

  • 30 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması hadisəsi ilə əlaqədar cinayət işi başlanıb.

Oktyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsi bu haqda açıqlama yayıb.

Açıqlamada deyilir ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülalıyev vurulub: “Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçiriblər, sürücü Kənan Abdullayevin izahatı alınıb, o, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır”. 

Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması haqdadır. Maddəyə görə, bu əməl 2 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manatdan 7000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni zamanda Cinayət Məcəlləsində qeyd olunur ki, 263.1-ci maddədə nəzərdə tutulan cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.

Oqtay Gülalıyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. Oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitə “İşgəncələrə son qoyulsun!” adlı 10 günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Oqtay Gülaliyev indiki Dövlət İdarəçilik Akademiyasının məzunudur. Müxalif görüşləri ilə tanınır. Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür. 

Oqtay Gülalıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru olan zaman, 2012-ci ilin aprel ayında Sabirabadda, çay daşqınından ziyan çəkmiş vətəndaşlarla görüş zamanı tutulub. Sabirabad Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) ittiham olunan Oqtay Gülalıyev barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib, iyun ayında həbs qətimkan tədbiri ləğv edilib.

2016-cı ilin oktyabrında cinayət işinə xitam verilib, onun ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb.

 

Oqtay Gülalıyevin vəziyyəti necədir?

  • 30 Oktyabr 2019
  • comments

Çıxılmazlıq seçkisi

  • 30 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Avropa meydanlarında

Son materiallar

comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda