• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çıxılmazlıq seçkisi

  • 30 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Böyük Britaniya yenə növbədənkənar parlament seçkisinə gedir.

2016-cı il iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasına dair referendum keçirilib. Referenduma qatılanların çoxu Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqında qalmaq tərəfdarı olan baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib. 2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

2019-cu ilin iyun ayında Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib, baş nazir kürsüsündən ayrılıb. İstefa Böyük Britaniyanın Avropa İttifaqından ayrılması şərtləri ilə bağlı fikir ayrılıqlarından doğub. Hökumətin bir çox üzvü Tereza Meyin Avropa İttifaqı ilə razılaşdırdığı şərtləri qəbul etməyib.

Bunun ardınca Boris Conson Mühafizəkarlar Partiyasının lideri seçilib və baş nazirliyə başlayıb.

1957-ci ildə yaradılmış Avropa İttifaqının Böyük Britaniyadan başqa 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Böyük Britaniya Avropa İttifaqından bu ilin martında ayrılmalı idi. Sonra müddət oktyabrın sonunadək uzadılıb, bu ay isə məsələnin 2020-ci il yanvarın 31-nə qaldığı açıqlanıb.

Avropa İttifaqından çıxmaq müddətinin dəyişməsini əsas götürən Boris Conson növbədənkənar parlament seçkisi təşəbbüsü ilə çıxış edib. Novator.az-ın məlumatına görə, oktyabrın 29-da parlamentin aşağı palatası – İcmalar Palatası həmin layihəni dəstəkləyib. Qanuna əsasən, noyabrın 6-da aşağı palata buraxılır və dekabrın 12-də yeni seçki keçirilir.

650 yerlik İcmalar Palatasında Mühafizəkarlar Partiyası ilə yanaşı Leyboristlər Partiyası, Şotland Milli Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Birlik Partiyası və başqa partiyalar da təmsil olunur.

Oqtay Gülalıyevin işi: maddədə nə deyilir?

  • 30 Oktyabr 2019
  • comments

17 nəfər hələ cəza çəkir

  • 30 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda