Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması oktyabrın 24-də minimum əməkhaqqının artırılmasına səs verib.
Novator.az-ın məlumatına görə, layihə 2020-ci il yanvarın 1-dən minimum əməkhaqqının 12 min 130 rubl (322 manat) müəyyən olunmasını nəzərdə tutur.
İndi Rusiyada minimum əməkhaqqı 11 min 280 rubldur (300 manat).
Azərbaycanda minimum əməkhaqqı bu il sentyabrın 1-dən 250 manata çatdırılıb.
Səidə Hüseynova