UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turu başlayıb. Novator.az-ın məlumatına görə, A qrupunda yer alan Türkiyənin “Qalatasaray“ komandası oktyabrın 22-si İstanbulda İspaniya paytaxtı Madridin “Real” klubuna yenilib – 0:1.
“Brügge” (Belçika) – PSJ (Fransa) görüşündə qonaqlar 5 cavabsız topla üstün gəliblər.
Üç oyundan sonra PSJ 9 xalla liderdir. “Real”ın 4, “Brügge”nin 2, “Qalatasaray”ın 1 xalı var.
1/8 finala qrupda ilk iki yeri tutan komandalar adlayacaq, üçüncü yerdə qərarlaşan klub Avropa Liqasına köçəcək.
Qrup mərhələsinin 32 komandasının 11-i əvvəllər Çempionlar Liqasının qalibi olub. 1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 13, “Liverpul” 6, “Bavariya” və “Barselona” 5, “Ayaks” 4, “İnter” 3,“Benfika” və “Yuventus” 2, “Srvena Zvezda”, “Borussiya” və “Çelsi” 1 uğur əldə edib.