• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının prezidenti oldu

  • 23 Oktyabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Akademik Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilib.

Novator.az-ın məlumatına görə, qərar AMEA-nın oktyabrın 23-də keçirilən ümumi yığıncağında qəbul olunub.

AMEA-nın əvvəlki prezidenti Akif Əlizadə həmin gün istefaya gedib.

Akif Əlizadə 2013-cü ildən AMEA-nın prezidenti idi.

AMEA-nın prezidenti ümumi yığıncaqda seçilir. Bu seçimi ölkə prezidenti təsdiqləyir.

Oktyabrın 23-də prezident İlham Əliyev Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsinə təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Ramiz Mehdiyev 1938-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib.

Azərbaycan Dövlət Universitetinin müəllimi olub, fəlsəfə elmləri doktoru, 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

1957-1962-ci illərdə “Xəzərdənizneft” İdarəsində çalışıb.

1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub.

1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib.

1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub.

1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən KP MK-nın katibi postlarında çalışıb.

1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının rəhbəri olub.

“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub. Həqiqi dövlət müşaviri, Təhlükəsizlik Şurasının üzvüdür.

Ramiz Mehdiyev AMEA-nın 11-ci prezidentidir. Yarandığı 1945-ci ildən bəri akademiyanın prezidenti postunu bu şəxslər də tutub: Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə.

Tofiq Yaqublu qızına nə deyib?

  • 23 Oktyabr 2019
  • comments

Arif Hacılının yeni təklifi var

  • 23 Oktyabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Elm
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda