2020-ci ilin dövlət büdcəsi layihəsində gəlirlər 24 milyard 134,5 milyon manat, xərclər 26 milyard 913,7 milyon manat göstərilir.
Gəlirlərin 11 milyard 350 milyon manatı Dövlət Neft Fondundan köçürmənin payına düşəcək.
Xərc istiqamətləri üzrə proqnozlar belədir:
iqtisadi fəaliyyət – 5 milyard 602,4 milyon manat;
ümumi dövlət xidmətləri – 4 milyard 27,2 milyon manat;
müdafiə və milli təhlükəsizlik – 3 milyard 853,5 milyon manat;
sosial müdafiə və sosial təminat – 3 milyard 244,5 milyon manat;
təhsil – 3 milyard 155,7 milyon manat;
məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 1 milyard 973 milyon manat;
səhiyyə – 1 milyard 369 milyon manat
kənd təsərrüfatı – 920,9 milyon manat
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 439,1 milyon manat;
ətraf mühitin mühafizəsi – 279,8 milyon manat;
mənzil və kommunal təsərrüfatı – 249,1 milyon manat;
əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 798,7 milyon manat.
Novator.az-ın məlumatına görə, layihəni şərh edən iqtisadçı alım Qubad İbadoğlu yazır: “Dövlət büdcəsinin hər 100 manatından 56 manat 10 qəpiyi neft, 43 manat 90 qəpiyi qeyri-neft gəlirlərindən formalaşacaq. Büdcə gəlirlərinin hər 100 manatından 47 manatını Dövlət Neft Fondu, 32 manat 60 qəpiyini Vergilər Nazirliyi, 16 manat 60 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 50 qəpik cərimə və sanksiyalar hesabına toplanacaq.
Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 64 manat 20 qəpik birbaşa cari xərclərə, yəni istehlaka, 29 manat əsaslı xərclərə, yəni inkişafa, 6 manat 80 qəpik dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”.
Ekspert qeyd edir ki, 2020-ci il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 21 manat 60 qəpiyi müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluğa, 18 manat 20 qəpiyi tikintiyə, 12 manat 10 qəpiyi sosial müdafiəyə, 11 manat 70 qəpiyi təhsilə, 7 manat 40 qəpiyi idarəetməyə, 6 manat 80 qəpiyi dövlət borcuna xidmətə, 5 manat 10 qəpiyi səhiyyəyə, 4 manat 40 qəpiyi kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatına, 1 manat 60 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiyaya, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi elmə xərclənəcək”.