• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aksiyaçılar “28 May” həndəvərində

  • 19 Oktyabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakı metrosunun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydana təyin etdiyi aksiya həmin əraziyə yaxın yerdə keçirilir.

“28 May” stansiyası qarşısındakı meydana gediş-gəlişi polis bağlayıb.

Aksiyaçıların bir qrupu bir qədər aralıda – Heydər Əliyev parkında və Bakı Musiqi Akademiyasının qarşısında toplanıb. Onlar burada “İstefa” şüarı səsləndirirlər.

Eyni zamanda həbslər davam edir.

Saat 15 radələrində Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli Bakının Süleyman Rəhimov küçəsindəki evindən çıxaraq bir qrup müxalif fəalla metronun “28 May” stansiyasına doğru irəliləyib. O və ətrafındakı şəxslər, o cümlədən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, müsavatçı Tofiq Yaqublu “Azadlıq” şüarı səsləndiriblər. Polis Əli Kərimlinin ətrafındakı şəxsləri saxlayıb. Aksiyanı işıqlandıran jurnalistlərin əhatəsinə düşən Əli Kərimli xalqı mübariz olmağa çağırıb. Bundan sonra o da tutulub.

Paytaxtın icra hakimiyyəti Milli Şuranın 19 oktyabr mitinqini “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydanda keçirilməsinə razılıq verməyib.

Metronun “28 May”, “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları saat 13-dən fəaliyyətini müvəqqəti dayandırıb.

Bakı Nəqliyyat Agentliyi “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 14 marşrut xətti üzrə avtobusların hərəkət sxemini müvəqqəti dəyişdirib.

“28 May” stansiyası və dəmiryolu vağzalı polis nəzarətinə alınıb. Ərazidəki köşklər, mağazalar, ticarət mərkəzləri, ictimai iaşə obyektləri qapadılıb, avtomobillər yığışdırılıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əvvəlcədən bəyan ediblər ki, şəhərin mərkəzində aksiyaya imkan verilməyəcək. Aksiya ərəfəsində bir çox müxalif fəal tutulub.

Bakı Şəhər İcra Hakimiyyətinə 19 oktyabr mitinqi ilə bağlı müraciətində Milli Şura aksiyaya üç yerdən birinin ayrılmasını istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.

Meriya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bununla razılaşmayan Milli Şura mitinqi “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirməyə qərar verib.

Milli Şura sentyabrın 28-də də 19 oktyabr aksiyası üçün seçdiyi yerlərdən birində mitinq keçirməyi planlaşdırmışdı. Paytaxt rəhbərliyi onda da Milli Şuraya mitinqi Lökbatan qəsəbəsindəki stadionda keçirməyi məsləhət görmüşdü. Bu təklifdən imtina edən Milli Şura oktyabrın 8-i Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının təmin olunması tələbi ilə piket və yürüş keçirmişdi.

2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiya keçirməyə icazə verməyib, sentyabr ayında isə Yasamaldakı İdman-Sağlamlıq Kompleksində təmirə başlandığı bəyan olunub.

Milli Şuranın 19 yanvar mitinqi

Mitinq ərəfəsində tutulanlar

Milli Şura cavab gözləyir, polis xəbərdarlıq edir

Mitinqin təşkilatçılarına xəbərdarlıq edildi

Mitinqə niyə icazə verilmədi?

“Mitinqləri qadağan etmək narazılığın böyüməsinə gətirib çıxaracaq”

Həbslər davam edir

Cəbhəçilərin həbsi davam edir

Növbəti mitinq problemli kreditlərə həsr ediləcək

Milli Şura yenə mitinq keçirmək istəyir

Mitinqə icazə verilmədi

Mitinq müzakirəsi aparılacaq

Milli Şura: “Təxribata əsas vermək olmaz”

Yeni mitinq müraciəti

AXCP-nin şöbə müdiri həbs edilib

Mitinqə yenə icazə verilmədi

Milli Şura mitinq təyin edib

Milli Şuranın mitinqinə razılıq verilmədi

Milli Şura yeni mitinq təyin edib

Yenə həmin cavab

Milli Şura iki mitinq təyin edib

Milli Şura imtina cavabı aldı

Mitinq yeri bağlandı

Milli Şura mitinq meydanı istəyir

Milli Şuraya Lökbatanı təklif etdilər

Milli Şura imtina edir

Milli Şura Bakının mərkəzinə aksiya təyin edib

Milli Şuraya yaşıl işıq

“Bu aksiya mübarizənin bir mərhələsidir”

Bakının mərkəzində aksiya

Paytaxt polisinin aksiya açıqlaması

AXCP üzvlərinə həbs cəzası verilib

Milli Şura mitinqi harada keçirmək istəyir?

Əli Kərimli mitinqlə bağlı son qərarı açıqladı

Bakıda meydan davası

“8 oktyabrın davamı 19 oktyabrda olacaq”

19 oktyabr xəbərdarlığı

Aksiya ərəfəsi: metronun üç stansiyası bağlanıb

Əli Kərimli tutuldu

Əli Kərimli tutuldu

  • 19 Oktyabr 2019
  • comments

Paytaxt polisinin aksiya açıqlaması

  • 19 Oktyabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda