• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni agentliyin əsasnaməsində nələr var?

  • 17 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Novator.az Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin əsasnaməsinə nəzər salıb.

Bu il yanvarın 17-də Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi prezident fərmanı ilə ləğv edilmiş və onun funksiyaları nazirliyin aparatına verilmişdi. Oktyabrın 16-da fərman imzalayan prezident İlham Əliyev Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradıb.

Əsasnaməsinə görə, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi dövlət borcalmalarının həyata keçirilməsini təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunmasını, dövlət borcunun təkrar maliyyələşdirilməsini həyata keçirən, vahid xəzinə hesabının sərbəst qalığını və dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondunun vəsaitini idarəetməyə verən və ya idarə edən, dövlət borcunun, dövlət zəmanətlərinin və xarici dövlətlərin Azərbaycana olan borcunun reyestrini aparan, habelə dövlət qiymətli kağızlarının emissiyasını həyata keçirən qurumdur.

Agentliyin vəzifələri sırasında hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri hazırlanarkən daxili və xarici dövlət borcunun və büdcə ili ərzində veriləcək dövlət zəmanəti məbləğinin yuxarı hədləri (limitləri) barədə təkliflər hazırlamaq; dövlət borcuna xidmət xərclərinin, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclərin ödənilməsi ilə bağlı vəsait ayrılmasının müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda nəzərdə tutulması barədə təkliflər vermək; borc öhdəliklərinin şərtlərini və maliyyə bazarlarından maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını qiymətləndirmək; müvafiq il üçün dövlət borcunun və dövlət zəmanətinin yuxarı hədlərinə (limitlərinə) əməl olunmasını təmin etmək; dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərilməsini və dövlət borcunun vaxtında qaytarılmasını təmin edən tədbirlər görmək; dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət etmək, dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə qaydalarının pozulması hallarını aşkar etdikdə bu barədə məlumat vermək kimi məsələlər yer alır.

Agentliyin fəaliyyətinə maliyyə nazirinin vəzifəyə təyin etdiyi direktor rəhbərlik edir.

1 iyul 2019-cu ilə Azərbaycanın xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları, borcun ümumi daxili məhsula (ÜDM) nisbəti 19 faiz göstərilib.

Valyutaların yönü

  • 17 Oktyabr 2019
  • comments

“8 oktyabrın davamı 19 oktyabrda olacaq”

  • 17 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda