• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fuad Qəhrəmanlının cinayət işi xətm oluna bilərmi?

  • 17 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Siyasətçi Fuad Qəhrəmanlının 2001-ci il təvəllüdlü qızı Selcan sentyabrın 19-u “Facebook” səhifəsində yaydığı açıqlamasında atasının çoxdandır ailədə qəddar davrandığını, anasına, ona və bacısı Sənaya fiziki təzyiq göstərdiyini bildirib. Bunun ardınca Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı-publisist Zümrüd Yağmurun boşanmaq üçün məhkəməyə üz tutduğu xəbəri yayılıb.

Baş Prokurorluğun oktyabrın 16-da yaydığı açıqlamaya görə, Fuad Qəhrəmanlının qızları Sənay və Selcana, eləcə də yoldaşı Zümrüdə qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə məlumatlar araşdırılıb, Bakıdakı Kliniki Tibbi Mərkəzin qeydiyyat jurnallarına baxış protokolu, təqdim olunmuş sənədlər, izahatlar və digər sübutlarla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Sənay 2010-cu ilin yanvarında sağ diz nahiyəsində travmatik çat (natamam sınıq), travmatik zədə yerində su yığılması və şişkinliklə bağlı müayinə və müalicə olunub, 26 sentyabr 2018-ci ildə təkrarən sağ diz nahiyəsində müayinə üçün həmin xəstəxanaya baş çəkib.

Baş Prokurorluq Fuad Qəhrəmanlıya Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi qaldırıb, istintaq Abşeron Rayon Prokurorluğuna həvalə edilib.

Oktyabrın 16-da Zümrüd Yağmur baş prokuror Zakir Qaralova məktubla müraciət edərək (müraciəti Fuad Qəhrəmanlının 2004-cü il təvəllüdlü qızı Sənay da imzalayıb) bildirib ki, Fuad Qəhrəmanlı ilə ailə münasibətlərinin pozulması səbəbindən 1 avqust 2019-cu ildə Abşeron Rayon Məhkəməsinə boşanma ərizəsi verib. O, Fuad Qəhrəmanlıdan şikayətçi olmadığını bildirib, cinayət işinə xitam verilməsini istəyib.

1975-ci il təvəllüdlü Fuad Qəhrəmanlı AXCP üzvüdür. 2009-cu ildən 2019-cu il sentyabrın 20-dək AXCP sədrinin müavini olub. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə tutularaq 1 il 2 ay həbsdə yatıb. 2011-ci ildə müxalifətin razılaşdırılmamış mitinqinə görə 2 il şərti həbs cəzasına məhkum edilib.

Fuad Qəhrəmanlı 2015-ci ildə yenidən tutulub, dövlət əleyhinə yönələn açıq çağırışlarda, zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlarda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu il martın 17-də o, əfv sərəncamı əsasında azadlığa buraxılıb.

Zümrüd Yağmurun baş prokurora müraciəti Fuad Qəhrəmanlıya qaldırılmış cinayət işinə xitam verilməsi üçün əsas ola bilərmi?

Novator.az bildirir ki, Fuad Qəhrəmanlının ittiham olunduğu 133.2.1 və 133.2.4-cü maddələr az ağır cinayət olaraq iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Cinayət-Prosessual Məcəlləsinin 40-cı maddəsinə görə, bəzi hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı ilə cinayət təqibinə xitam verilə bilər.

Bu hallara böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna alması da daxildir.

Böyük ictimai təhlükə törətməyən cinayət əməlinə yol vermiş şəxs zərərçəkmiş şəxslə barışdıqda da cinayət məsuliyyətindən azad edilə bilər.

Başqa növ cinayət törətmiş şəxs yalnız məcəllənin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azaddır. Fuad Qəhrəmanlının ittiham olunduğu 133.2.1 və 133.2.4-cü maddələrdə belə hal müəyyən edilmir.

Fuad Qəhrəmanlıya cinayət işi ictimai-xüsusi ittiham qaydasında qaldırılıb. Cinayət-Prosessual Məcəlləsində qeyd olunur ki, törədilmiş cinayət cəmiyyətin mənafeyinə toxunduqda prokuror ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərər çəkmiş şəxsin şikayəti olmadan da başlaya bilər. Baş Prokurorluğun 16 oktyabr açıqlamasında Fuad Qəhrəmanlının qızlarına və yoldaşına qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə məlumatların geniş ictimai rezonans doğurduğu vurğulanıb, qeyd edilib ki, ölkədə fəaliyyət göstərən bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatlarının sədrləri birgə bəyanat yayaraq Fuad Qəhrəmanlı barədə ciddi tədbir görülməsini istəyiblər. Bu baxımdan Zümrüd Yağmurunun baş prokurora müraciətinin nəzərə alınaraq Fuad Qəhrəmanlıya qaldırılmış cinayət işinin xətm olunması inandırıcı görünmür.

Rusiya: dövlət qulluqçularının 72%-i qadınlardır

  • 17 Oktyabr 2019
  • comments

Ən yeni iqtisadi göstəricilər

  • 18 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda