Müsavat Partiyası Məclisinə və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçkilərin nəticələri açıqlanıb.
Oktyabrın 13-ü Bakıda Müsavatın 9-cu qurultayı keçirilib, partiya başqanı, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilib.
Başqan postuna Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqov namizəd olublar. Gizli səsvermədə Arif Hacılı qələbə qazanaraq ikinci müddətə başqanlıq hüququ əldə edib.
Məclisə və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçkilərin nəticələri oktyabrın 15-də elan olunub.
Seçki komissiyasının sədri Gülağa Aslanlı “Basta”ya bildirib ki, 33 nəfər Məclisə, 9 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçilmək üçün kifayət qədər səs yığıb. Seçkilərin nəticələri partiya Məclisinin 19 oktyabr sessiyasında təsdiqlənəcək.
Məclis üzvü seçilmək üçün tələb olunan minimum 163 səs həddini Almaz Məmmədli, Başxanım Abbasova, Dünyaxanım Cahan, Fəridə Ələsgərli, Fizzə Ağayeva, Könül Alı, Lətafət Məlikova, Limunət Əmrahova, Mailə Bayramova, Nigar Həzi, Nüşabə Sadıxlı, Raymonda Əliyeva, Sevda Səfərəliyeva, Şəfa Sultanova, Şöhrət Atakişiyeva, Zərnigar İsmiyeva, Ziyarət Səfərova, Akif Bədirli, Araz İsmayıllı, Ayxan Hacıbəyli, Azər İsmayıl, Əlikram Xurşidov, Fərəc Kərimli, Hidayət İsmayılov, İkram İsrafil, Mehman Kərimli, Mustafa Hacıbəyli, Nemət Kərimli, Osman Kazımov, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Söhrab Məhərrəmov, Yusif Tağı keçə bilib.
139 səs yığan Tofiq Yaqublu Məclisə seçilməyib.
Keçid üçün 169 səs lazım olan Mərkəzi Nəzarət-Təftiş Komissiyasına bu şəxslər seçilib: Sevinc Hüseynova, Ayxan Hacıbəyli, Balabba Allahnəzərov, Cahangir İsmayılbəyli, Cəmaləddin Heybətov, Çingiz Əli, Əli Həsənov, Əliş Əzizov, Kərimxan Zeynalov.
Ayxan Hacıbəyli eyni zamanda Məclis üzvü seçilib və həmin qurumda təmsil olunsa, onu Mərkəzi Nəzarət-Təftiş Komissiyasında Rasim Məmmədzadə əvəzləyəcək.
Məclisdə 27, Mərkəzi Nəzarət-Təftiş Komissiyasında 2 yer boş qalıb. Boş yerlərə ərizələrin qəbulu oktyabrın 16-da başlayır.