• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkili Əfqan Muxtarlı ilə bağlı açıqlama yayıb

  • 15 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Oktyabrın 15-i məhbus jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli “Facebook” şəbəkəsində açıqlama yayıb.

Novator.az-ın məlumatına görə, Nemət Kərimli bildirib ki, Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir.

Vəkil qeyd edib ki, sentyabrın əvvəllərində Penitensiar Xidmətdə çalışan həkimlər Əfqanı müayinə ediblər: “Amma müayinənin nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilib, yəqin ki, nəticələr çox ciddidir”.

Daha sonra vəkil bunları yazıb: “Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə qeyri-hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələri siyasi məhbuslarla bağlı geniş əfv sərəncamının olacağı barədə bəzi məlumatları cəmiyyətə sızdırırdılar. İndi bunlar da dəbdən düşüb.

Bir neçə gün sonra – oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü qeyd olunacaq. Bu bayram münasibətilə Əfqan Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinə, uşaqlarına bayram töhfəsi olardı.

Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanması yaxşı olardı”.

1974-cü il təvəllüdlü Əfqan Muxtarlı Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb.

2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.

Jurnalistin şikayəti təmin edilməyib

  • 15 Oktyabr 2019
  • comments

Zirvədən zirvəyə

  • 15 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda